Среда
ноя 13

Ölümdən sonra həyat mövcuddur - Alimlərdən DÜNYANI ŞOKA SALAN ARAŞDIRMA

Ölümdən sonra həyat mövcuddur - Alimlərdən DÜNYANI ŞOKA SALAN ARAŞDIRMA


Bəşəriyyət mövcud olduğu dövrdən “ölümdən sonra həyat varmı” sualına cavab axtarıb.

May.Az-ın məlumatına əsasən, britaniyalı tədqiqatçılar müəyyən ediblər ki, ölümdən sonra isə hələ də şüurda qalır. KİV-də kliniki ölüm keçirən, komada qalan insanların danışdıqları barədə kifayət qədər məlumat var. Elm bunu hallüsinasiya adlandırır.

Sautqempton universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ürək dayandıqdan sonra da insanın şüuru işlək vəziyyətdə olur. Alimlərdən ibarət komanda dörd il ərzində kliniki ölüm keçirən və ya komada olan insanları danışdırıb.

Müxtəlif ölkələrin 15 tibb müəssisəsində 2060 belə hadisə tədqiq edilib. Siyahıda ABŞ, Avstriya və Böyük Britaniyanın da adı var. Məlum olub ki, 330 nəfərdən 140 nəfər həyata qayıdana qədər baş verənləri xatırladıqlarını bildiriblər.

Alimlər qeyd edirlər ki, kliniki ölüm yaşayan insanların 40 faizi şüurun yerində olmasını xatırlayırlar. Tədqiqatlar göstərib ki, onların 39 faizi nə baş verdiyini anlayıblar, amma bu, qeyri-dəqiq təsir bağışlayıb. Bu insanların 46 faizində onları kiminsə izlədiyi qorxusu olub. 9 faizi isə ölümün yaxınlaşdığını hiss edib. İki faizi isə baş verlənləri çox dəqiq xatırlayırlar: bədəndən ruhun çıxmasını hiss ediblər və ətrafda baş verən danışıqları eşidiblər.
Tədqiqat sübut edib ki, ölümdən sonrakı ilk üç dəqiqədə şüur yerində olur.

Комментарии (0)

Оставить комментарий