19:30 Müəllimlərlə bağlı təklif olunan modelin həm üstünlükləri, həm də çətinlikləri var 19:29 Rusiyada mobil internetdə müvəqqəti məhdudiyyət ola bilər - XƏBƏRDARLIQ 19:21 Bu əsər 236 milyon 400 min dollara satıldı 19:19 Türkiyəli təmsilçidən Fatimə Boşun gözəl seçilməsinə ETİRAZ 19:17 Əməkdar artist: "Bu, barda oxunacaq mahnı deyil" 19:16 Tanınmış türk aktrisa haqda ŞOK İDDİALAR! 19:15 Estetik əməliyyat olunan kişi MƏŞHURLAR 19:14 Erməniyə 12 xal verən Samirənin müdafiəsinə qalxdı 19:14 Ariana Qrandeyə hücum edən şəxs Sinqapurdan deportasiya edildi 19:12 "Kızılcık şerbeti"ndə QALMQAL - Aktyorun bu hərəkəti müzakirələrə səbəb oldu

Beş nəfəri öldürən şəxs: "İçimə cin girmişdi"

Beş nəfəri öldürən şəxs: "İçimə cin girmişdi"
Beş nəfəri öldürən şəxs: "İçimə cin girmişdi"


Türkiyənin Aydın şəhərində 50 yaşlı Mustafa Duran beş nəfəri öldürüb, dörd nəfəri yaralayıb.

“Haber7”nin məlumatına görə, arvadı Tülin Duran ondan boşanmaq üçün məhkəməyə ərizə verib.

Bundan qəzəblənən şəxs iki tüfənglə arvadının olduğu evə hücum edib və atəş açıb.

Nəticədə, qayınları 50 yaşlı Birol Karakılıç, 45 yaşlı Bəkir Cihan Karakılıç, qaynı arvadı, 45 yaşlı Əminə Özləm Karakılıç, qonşuları 38 yaşlı Filiz Kahya və 41 yaşlı Mehmed Kahya ölüb.

Arvadı Tülin Duran, qızı Tuğçə Karaklılıç və digər iki nəfər isə yaralanıb.

M.Duran hadisəni törədəndən sonra polisə gedərək əməlini etiraf edib.

Məhkəmədə verdiyi ifadəsində hadisəni törədən zaman içinə cin girdiyini deyən şəxs əsas məqsədinin evliliyinə problem yaradan qaynı Bəkiri öldürmək olduğunu bildirib.

İttiham tərəfinin ömürlük azadlıqdan məhrum edilməsini istədiyi M.Duranın barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb, məhkəmə yanvar ayında davam etdiriləcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница