17:44 Dünyanın ən yaxşı gəzməli ölkələri ✈️ 13:07 Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə... 07:47 Azərbaycana yeni BYD-lər gəlir 18:53 Məşhur müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını çəkdi 18:52 Hər gün əlinizdə bakteriyalar çoxalır - təhlükə XƏBƏRDARLIĞI 18:51 Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür 18:50 Sarımsağı soyuducuda saxlamaq olarmı? 18:49 Radiatorlar niyə yavaş-yavaş qızır və bunu necə düzəltmək olar? 18:49 Üzünüzü camaşır sabunu ilə yusanız, dərinizdə nə baş verir? 18:48 Qədim adət-ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar

Polis qəza törətdi, bir nəfər öldü

Polis qəza törətdi, bir nəfər öldü
Polis qəza törətdi, bir nəfər öldü


Zaqatalada polis əməkdaşı qəza törədib, hadisə nəticəsində bir nəfər ölüb.

May.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 01 radələrində rayonun Mazıx-Qəbizdərə avtomobil yolunda qeydə alınıb.

Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Sərt Tural Mustafa oğlu idarə etdiyi "VAZ 2108” markalı, 10 KX 405 dövlət nömrə nişanlı avtomobil aşaraq yoldan 6-7 metr aşağıdakı restoranın həyətinə düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Musayev Nemət Hizbullah oğlu yerindəcə ölüb.

Sürücü Sərt Tural isə aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Zaqatala RMX-dan bildirilib ki, yaralının vəziyyəti yüngül olduğundan ona tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, qəza törədən Sərt Tural Zaqatala rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница