Описание :

Türkiyədə tələbələri daşıyan mikroavtobus yük
maşını ilə toqquşub.
"Report" bu barədə Türkiyə mətbuatına istinadən
xəbər verir.
Məlumata görə, hadisə Osmaniyə şəhərində Tarsus-Adana-Qaziantep
avtomobil yolunun Dərvişli kəndindən keçən hissəsində qeydə alınıb. Kadirli rayonunda fəaliyyət göstərən özəl ali məktəbin tələbələrinin olduğu mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində sürücü, tələbələr və valideynlər də daxil olmaqla 17 nəfər xəsarət alıb.
Hadisə yerinə təbili yardım, polis əməkdaşları cəlb edilib.
Yaralılar Osmaniyə Dövlət Xəstəxanasınə və digər səhiyyə müəssisılərinə çatıdırlıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.