21:22 İlber Ortaylı vəfat etdi 16:44 Azərbaycanda bu tarixdə QISA İŞ GÜNÜ OLACAQ 18:08 "ChatGPT" hər sorğuya 64 litr su sərf edir? 10:59 Media.az xəbər portalının səkkiz yaşı tamam olur 22:37 Mədə-bağırsaq xəstəliklərində edilən səhv: Yanma, şişkinlik nəyin xəbərçisidir? 22:35 İftar vaxtı - 1 mart 2026: Ramazanın 11-ci günü 22:34 İran BAEA Şurasının təcili fövqəladə iclasını tələb edib 22:33 KİV: ABŞ İrana zərbələr zamanı ilk dəfə kamikadze dronlardan istifadə edib 22:32 Pezeşkian: Minabda törədilən cinayət xalqın yaddaşından silinməyəcək 22:10 ABŞ-nin İrana zərbələri davam edəcək

"Qızıl Məryam"ı öldürdüyü deyilən qızı hakim qarşısında

"Qızıl Məryam"ı öldürdüyü deyilən qızı hakim qarşısında
"Qızıl Məryam"ı öldürdüyü deyilən qızı hakim qarşısında


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib.
Vəkillər məhkəmə islasının qapalı keçirilməsini istəyib. Vəsatət təmin edilib.

Cinayət işi üzrə məhkəmə prosesi qapalı davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvar ayında Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun rəsmi məlumatına görə, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün "isti izlər”lə açılması təmin edilib.

Belə ki, yanvarın 5-də saat 09:00 radələrində 1965-ci il təvəllüdlü Namet-zadən Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətlə yetirilən M.Namet-zadən Bakıda qızıl alveri ilə məşğul olub. Cinayəti törətməkdə təqsirləndirilən onu qızı G.Hüseynova boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница