23.09.2022 Paylaşdı: Admin 67 0

3 yeni radio kanalı açılacaq

3 yeni radio kanalı açılacaq
Afisa
0

Bu gün Audiovizual Şuranın keçirilən iclasında üç ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqələrə yekun vurulub və qaliblər elan olunub.
BiG.AZ xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Qeyd olunub ki, ilk olaraq müsabiqələrə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki imkanlarının, yaradıcılıq və kadr, habelə maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının geniş mərizəsi və rəyi dinlənilib. Daha sonra Şura üzvləri ayrı-ayrılıqda müsabiqələrdə iştirak edən iddiaçılar haqqında fikirlərini bildiriblər.
İclasın sonunda 3 müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 7 iddiaçı arasında daha üstün texniki, yaradıcı, kadr və iqtisadi potensiala malik olan 3 iddiaçı - "NHR" MMC (radio redaksiyanın adı "Yurd FM"), "Bakı FM" MMC (radio redaksiyanın adı "Bakı Hit FM"), "Retro FM" MMC (radio redaksiyanın adı "Bakı Retro FM") - qalib elan olunmuş və hər bir müsabiqə üzrə yekun qərarlar verilib.
Şuranın müvafiq qərarlarına əsasən Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 90.7 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 104.5 MHs, Lənkəran rayonundakı "Lənkəran" RTYS-dan 89.6 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 98.0 MHs, Zaqatala rayonundakı "Danaçı" RTYS-dan 90.9 MHs "Yurd FM" radio kanalının yayımı üçün "NHR" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.0 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 98.8 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 107.5 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 96.1 MHs, Ağstafa rayonundakı "Poylu" RTYS-dan 88.4 MHs radiotezlikləri "Bakı Hit FM" radio kanalının yayımı üçün "Bakı FM" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.3 MHs, Ağsu rayonundakı "Gülüstan" RTYS-dan 102.1 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 91.3 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 97.1 MHs, Quba rayonundakı "Dağlı" RTYS-dan 93.3 MHs radiotezlikləri "Bakı Retro FM" radio kanalının yayımı üçün "Retro FM" MMC-nin istifadəsinə ayrılıb.
Daha sonra iclasda Şəmkir rayonunda yerləşən "Atabəy" radio-televiziya stansiyasından 22-ci TV yayım kanalından yayımlanan yerüstü rəqəmsal açıq (sosial) televiziya paketinin qəbulunda maneələr yarandığından açıq (sosial) paketin yayımının həmin stansiyadan 35-ci TV yayım kanalından həyata keçirilməsi haqqında qərar qəbul olunub.


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
MP3
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu

Опрос

Aylıq qazancınız sizi qane edirmi?^


Statistika