29
сентября
2022
17:47
Dünya üçün müharibəsiz son gün – Sabah düyməyə basılacaq?
Rusiya tərəfindən Ukrayna şəhərlərində qanunsuz şəkildə keçirilən “referendum” başa çatdı.
Artıq ruslar tərəfindən Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməklə bağlı keçirilən “referendum”un “hə” qərarının çıxdığı açıqlanıb. Sentyabrın 30-da Kremldə sözügedən ərazilərin Rusiyaya birləşməsi illə bağlı rəsmi sazişlərin imzalanılacağı bildirilib. Rusiya Prezidenti Vladimir Putin isə daha öncədən həmin əraziləri nəzərdə tutaraq Rusiyanın torpaq bütünlüyünə qarşı təhdid yaranacağı təqdirdə, nüvə silahından istifadə edəcəyini bəyan edib. Lakin gözlənildiyi kimi, dünyanın heç bir ölkəsi qondarma “referendum”u tanımayıb.
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Rusiya “referendum”dan öz xeyrinə istifadə edə biləcəyini düşünür:
“Yəni Kreml düşünür ki, bu referendum ona Ukraynanın raketləri həmin bölgələrə düşdüyü zaman bunu artıq Rusiya və Ukrayna arasındakı rəsmi müharibə kimi təqdim etməyə imkan verəcək. Eyni zamanda, buna Rusiya və NATO arasında olan müharibə adını verəcək və müəyyən silahlardan istifadə etməyə imkan yaranacaq. Əlbəttə ki, beynəlxalq hüquq üçün çox pis proseslərin şahidi olmaqdayıq. Bundan əvvəl Kosovoda, Cənubi Osetiyada, Abxaziyada və Donetskdə də belə halların şahidi olduq. Birtərəfli qaydada və dövlətin konstitusiyasına zidd olaraq müxtəlif amilləri bəhanə edərək referendumun keçirilməsi beynəlxalq hüquqa, o cümlədən beynəlxalq münasibətlər sisteminə çox ciddi zərbə vurur”.
Politoloq qeyd edib ki, indiki vəziyyət rəsmi Moskvanın planlarından xəbər verir:
“Söhbət Donbasın və ya Krımın Rusiya ərazisi kimi hansısa dövlətin tanıyıb-tanımamasından getmir. Baş verənlər ilk növbədə müharibənin gedişatında dəyişiklik etmək üçün Moskvanın planlarından xəbər verir. Çünki fevral ayında Donetsk və Luqansk özlərini “müstəqil respublika” elan etmişdi, indi isə Rusiyanın tərkibinə daxil olurlar. Bunun artıq əvvəlcədən Kreml tərəfindən müharibənin taktikasının və statusunu dəyişmək üçün atılmış addım olduğu görünür”.