^
U

Martın 8-i dünyanın əksər ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün kişilər qadınları hədiyyələrlə sevindirməyə çalışırlar. Lakin hədiyyə seçimində də diqqətli olmaq şərtdir. Çünki insanın xarakterinə və bürclərinə görə favorit hədiyyələr fərqlənə bilir.
May.Az bizim.media-ya istinadən bürclərə görə ən ideal hədiyyələri təqdim edir:

Qoç 

Qoç qadınına alınacaq ən gözəl hədiyyələr saçları üçün aksesuarlar, papaq, şlyapa ola bilər. Makiyaj, dəri qulluğu məhsulları üçün qoç bürcü qadını çox həyəcanlanacaqdır. Balaca sırğalar, iri qaşlı üzüklər onun ən sevimli aksesuarı ola bilər. Sevimli rəngləri isə qırmızı və çəhrəyıdır.

Buğa

Buğa bürcü insan vücudunda boyunu təmsil edir. Ona görə bu bürcdən olan xanım və bəylərə boyunbağı hədiyyə edə bilərsiz. Buğa qadını parfüm qoxusuna, çiçəklərə, faydalı otlara heyrandır, təbiəti çox sevir. Onlara içində xoş qoxulu bir gül olan boyunbağı hədiyyə etsəz, sevdiyi 2 əşyanı bir araya gətirmiş olarsız.

Əkizlər

Əkizlər bürcünə hədiyyə almaq çox sadə olacaq, çünki onlar üçün hədiyyənin bahalı olması önəmli deyil. Əkizlər bürcü təbiiliyi, sadəliyi sevir. Məsələn, bu xanımlara əl işi bəzək aksesuarları, sadə, amma üzərində maraqlı şəkil və ya yazı olan köynək də ala bilərsiz.

Xərçəng 

Yaradıcılığı, yemək yeməyi sevən xərçənglər. Onlar üçün mətbəx əşyaları almaq çox faydalı olar, çünki mətbəx onlara görə evin ən sevimli yeridir. Bu bürcün qadınlarına fərqli modeldə bijüteriya alaraq onları özəl günündə sevindirə bilərsiz.

Şir

Onlara hədiyyə almaq isə olduqca çətindir, çünki hər şeyi bəyənməzlər. Xanımlar üçün original ətirlər, dəri çantalar, bahalı aksesuarlar almaq olar. Əgər seçiminiz bijüteriyadırsa, dəst almanızda fayda var. Və ya maraqlı ev əşyası ilə də şir qadının qəlbini ələ ala bilərsiz.

Qız

Bu bürcdən olan xanımlar daha çox funksional hədiyyələri sevirlər. Amma bu xanımlar parfümlərə heç vaxt yox deyə bilmirlər. Onlara qədim ruhu özündə əks etdirən əşyalar, rəsimlər də maraqlı gələr. 

Tərəzi

Tərəzi bürcünün rəngi mis rəngidir. Bu bürcdən olan xanımlara mis rəngli ev əşyaları, bəzək aksesuarları və ya şal, şərf hədiyyə edə bilərsiz.

Əqrəb 

Başqalarına hədiyyə almağı sevən əqrəb qadınlarının özləri dəqeyri-adi hədiyyələri xoşlayırlar. Əqrəblər onlar üçün xüsusi hədiyyələrin hazırlanmasını istərlər. Əl əməyi ilə hazırlanmış xüsusi bəzək əşyaları, dəri çanta, ev üçün dekorativ əşyalar onlar üçün mükəmmək hədiyyə sayıla bilər. Əqrəblər onlar üçün xoş mənada əziyyət çəkmənizi istərlər, hədiyyə olaraq onlara sürpriz şənlik də təşkil edə bilərsiz.

Oxatan 

Oxatanlar müxtəlif yerləri görməyi, səyahət etməyi sevirlər. Onlar üçün səyahət simvolu sayılan əşyalar, bəzək aksesuarları ala bilərsiz. Bu bürcdən olanlara tətil bileti alsaz özlərini dünyanın ən xoşbəxt insanı hesab edərlər. Səyahəti çox sevən oxatanlara çamadan, idman stilində çanta, almaq olar. Heyvanlara maraqları olduğuna görə onlara ev heyvanı da almaq olar.

Oğlaq 

İntizamlı, çalışqan, daim mübarizə aparan oğlaqlar. Onlara ən gözəl hədiyyə işi ilə bağlı kitab, kompüter çantası, iş masasına qoyulacaq suvenirlər ola bilər. Klassik tərzdə bijüteriya dəstləri oğlaqlar üçün ideal hədiyyələrdəndir.

Dolça 

Bu bürc altında doğulan insanlar elmə, texnologiyaya maraqlı olurlar. Dolça bürcündən olan qadınlara texnoloji avadanlıqlar, mətbəx robotları, elektron masaj aləti, telefon aksesuarları və.s onların həyatını daha da asanlaşdıracaq əşyalar hədiyyə edin. Əgər dolça xanımlarına bəzək əşyaları hədiyyə etmək istəsəz, mütləq bunu nəzərə alın. Dolçalar dəblə ayaqlaşmağı sevirlər.

Balıqlar

Artıq hər kəs balıqların nə qədər romantik və həssas olduğunu bilir. Təbii, onlara hədiyyə seçərkən bu amilləri nəzərə almaq lazımdır. Romantik ruhu özündə əks etdirən zərif bijüteriya və ya rəsm tabloları, heykəllər əla seçim olar. Eyni zamanda balıq bürcü insan bədənində ayağı təmsil edir, buna görə balıqlara ayaqqabı alsaz, onların ürəyindən xəbər vermiş olarsız.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: burclər, hədiyyə, 8 mart
Bölmə: Bürclər / Qadın dünyası Oxunub: 193 Tarix: 8-03-2023, 23:21
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az