Balıqlar bürcü
Bürclər 262

Balıqlar bürcü

Balıqlar olan məclislərdə, yığıncaqlarda onları həmişə diqqət mərkəzində görmək mümkündür. Əgər onlar bunu bacarmasalar, onda bir qıraqda durub darıxacaqlar.
İlkin söhbət üçün musiqi, teatr haqqında söz salın, bu onların maraq dairəsindədir. Balıqlar monoloq söyləməyi xoşlayır. Onlara diqqətlə qulaq asın və sözünü kəsməyin. Əgər söhbətində heç nəyi başa düşmədinizsə, onda səmimi olaraq bunu onlara deyin. Balıqların ən sevimli işi nəyisə insanlara başa salmaqdır. Onlar düzgün düşünür, ancaq gözəl danışa bilmir. Odur ki, sözündən inciməyin.

Balıqlar rəqs etməyi xoşlayır. Onları ilk görüşə çağırmaq üçün rəqs etmək mümkün olan restorana, toya, dostlarla yığıncağa və ya hər hansı bir bayrama dəvət edə bilərsiz.
Əgər tanışınız qadın Balıqdırsa, ona tez-tez kompliment söyləməyi unutmayın. Balıqların səhhəti bir qədər zəifdir. Ona görə də, onun geyiminə, yeməyinə diqqət ayırın. Çalışın ki, zərərli vərdişlərdən əl çəkməyinə kömək edəsiniz.
Laqeyd olmadığınızı göstərin, onda sizə etibar edəcək. Onların ürəyinə yol tapmağın açarı sizə qarşı olan etibar və inamıdır.
Onlar tənhalıqdan qorxur. Əgər Balıqları doğrudan da çox sevirsinizsə, onları heç vaxt tək qoymayın.
Balıqlar hədiyyə almağı çox sevir. Hədiyyə almış olsanız, çalışın ki, maraq dairəsinə yaxın bir şey olsun. Şəkil albomu, təncim elminə aid kitab, şeir məcmuəsi, zinət əşyaları, bahalı aksessuarlar varsa, lap yaxşı olar. Bu onları çox sevindirər.
Kişi Balıqların başqa bürclərlə uyğunluğıı
Balıqlar - Qoç. Hər ikisi çox həssasdır. Balıqlara çoxlu diqqət lazımdır. Kobud Qoçlar bunu bacarmırlar. Ona görə də, çox vaxt Balıqlar bu münasibətdən əzab çəkir. Dostluq, işgüzar münasibətlər mümkündür. Ailə çox vaxt problemli olur.
Balıqlar - Buğa. Bu münasibətlərdə Buğa liderlik edəcək. Balıqlar da bununla razılaşmalıdır. Balıqlar güzəştə getməyi bacarmalıdır. Əgər bu onlarda alınsa, yaranan ailə çox xoşbəxt və uzunömürlü ola bilər.
Balıqlar – Əkizlər. Heç biri sabitqədəm deyillər. İlk görünüşdən bir-birini cəlb etsələr də, Əkizlərin dəyişkənliyi, Balıqların çox hissiyyata qapanması, münasibətlərin korlanmasına gətirib çıxaracaq. Bunlar arasında yaranan ailə uğursuzdur.
Balıqlar - Xərçəng. Bu münasibətlərdə hər ikisi özünü xoşbəxt hiss edəcək. Xərçəng lider olacaq. Xərçəng Balıqlara qarşı tələbkardır. Balıqlar onların dediklərini can-başla yerinə yetirir. Ailə uğurludur.
Balıqlar - Şir. İki bir-birindən fərqlənən və əks olan xarakterli insanlar biri digərini axıra qədər başa düşmür. Dözümsüz hökmran Şir, sentimental, xəyalpərəst Balığı qıcıqlandırır. Bu münasibətdən hər ikisi çox əziyyət çəkir. Ailə çox uğursuzdur.
Balıqlar - Qız. Bu bürc sahibləri bir-birinə çox gözəl yaraşırlar. Hər ikisinə bir-biri ilə ünsiyyət yaratmaq xoşdur. Hər bir münasibət uğurlu sayılır. Qurulan ailə xoşbəxt və uzunmüddətli ola bilər.
Balıqlar - Tərəzi- Bu münasibətlərin lap əvvəlində problemlər var. Tərəzilərin tənbəlliyi, laqeydliyi Balıqları özündən çıxardır. Hər ikisi komfort şəraiti sevir,amma işləmək istəmirlər. Ailə münasibətləri uğursuzdur.
Balıqlar - Əqrəb. Bir-birinə uyğun olan ideal cütlükdür. Onlar bir-birini tamamlayırlar. Bir yerdə olmaq onlar üçün xoşdur. Bu münasibətdə Əqrəblər liderdirlər. Balıqların romantikliyi Əqrəblərin ürəyincədir. Ailə uğurludur.
Balıqlar - Oxatan. Onlar bir-birini çətin başa düşürlər. Oxatan həyatda daha aktiv, Balıqlar isə passivdir. Ailədə də problemlər məhz bu səbəbdən olur. Oxatan Balıq ilə darıxır. Liderlik Oxatanın əlindədir. Ailə uğursuzdur.
Balıqlar - Oğlaq. Problemlər yaransa da, bir-birini bağışlaya bilirlər. Özünə inanan, güclü Oğlaq Balıqları qoruya bilir. Balıqlar isə Oğlağın həyatına romantiklik gətirir. Yaranan münasibətlər və ailə uğurludur.
Balıqlar - Dolça. İlk baxışdan bir-birini bəyənsələr də, sonradan yaranan problemlər münasibətlərin uzunmüddətli olmasına imkan vermir. Dostluq və işgüzarlıq əlaqələri yaxşı sayıla bilər. Ailə haqqındasa bunu demək çətindir.
Balıqlar - Balıqlar. Eyni bürc olduğundan yaxşı yola gedirlər. Hər ikisi xəyalpərəstdir, bu da problemlərə gətirib çıxarır. Tərəflərdən biri münasibətdə mütləq lider olmalıdır. Bu mümkün olsa, ailə uğurlu sayıla bilər.
Qədim türkcə - Balık; Latınca - Pisces;
Farsca – Mahi Ərəbcə - Hut, Səməkət;
Qədim yunanca - Ichthyes;   Rusca - Рыбы
Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından


Oxşar xəbərlər

Son xəbərlər