Balıqlar bürcü haqqinda ♓
Bürclər 285

Balıqlar bürcü haqqinda ♓

Suyun digər iki bürcü (Xərçəng və Əqrəb) adlarını daşıdıqları heyvanlar kimi özlərinə möhkəm zahiri zireh düzəldiblər; bəs Balıqlar nə edə bilər? Əlbəttə, yalnız üzüb getmək qalır. Diskomforta, rahatsızlığa qarşı onların müdafiəsi qaçışdır. Balıqlar barədə çox vaxt belə deyirlər ki, onlar məsuliyyətdən qaçır və çətin şəraitdə aradan çıxırlar. Lakin onlar bunu yalnız təzyiqdən yaxa qurtarmaq üçün edirlər. Balıqlar kimi, hissiyyatlı və kövrək insanlar üçün hər hansı bir növ emosional təzyiq hətta fiziki ağrı da doğura bilər. Sudakı balıqların mayenin təzyiqini azaltmaqları üçün müxtəlif mexanizmləri var; emosiya və təəssüratlar dənizində üzən insan — Balıqlar da oxşar vərdişlərə malikdirlər. Balıqlar qaçıb aradan çıxa bilməyəndə məharətlə görunməz olurlar; hər halda müəyyən dərəcədə gərginliyi azaltmaq istəyirlər. Bu, tamamilə faydalı bir oyundur və yalnız Balıqlar bürcü belə şeyə qadirdir. Bahqların iki ən böyük talantı — təxəyyül və şəfqətdir Zodiakda hamıdan yaxşı məhz Balıqlar hər hansı bir yaradıcılıq sahəsində, xüsusilə bədii sözdə və təsviri sənətdə təxəyyül, fantaziya göstərə bilirlər. Cazibədar obrazların yaradılması ilə bağlı bütün sənaye sahələri (kino, televiziya, video, jurnal, reklam fəalıyyəti) Balıqların özünü ifadə və təsdiq sferalarıdır.

Yüz ıl bundan əvvəl astrologiya üzrə kitablar Balıqlar haqqında əsasən belə yazırdı ki, onlar «sərxoşluğa və qumara meyllidirlər». Lakin XXI əsrdə onların təxəyyülü -böyük uğur deməkdir və Balıqlar özlərinə var-dövlət qazana bilərlər. Balıqların digər keyfiyyəti — şəfqət, heç də onların təxəyyülündən zəif deyil. Balıqlar o qədər həssas və kövrəkdirlər ki, kimsə əzab çəkirsə, kimsə ağrıyır və ac qaiıbsa, kiməsə soyuq və ya istidirsə, onlar bunu tamamilə öz üzərlərində oiduğu kimi aydın, canlı şəkildə hiss edirlər. Özgə dərdi onları ağrıdır, elə ona qörə də ürəklərində yaranan şəfqət duyğusu ilə diskomfortu azaltmaq üçün nəsə deməyə və etməyə çalışırlar. Balıqlar üçün hərəkət çox vacibdir. Əgər onlar həyatda öz yerdəyişmələrini hiss edə bilmirlərsə, bunun səbəbini başa düşməyə çalışırlar. Balıqlar emosiya və hərəkəti birləşdirməyi sevirlər; odur ki, incəsənət, teatr,daha çox balet və rəqslə maraqlanırlar. Elə hallar olur ki, Balıqlar həqiqətən tələyə düşürlər Belə situasiyalarda onlar musiqi və kitabın köməkliyi ilə öz xəyallarına qapılırlar. Zodiakın digər praktik olan bürcləri heç vaxt Balıqiarın belə bir mühüm xüsusiyyətini başa düşməzlər ki, — şeylər onlar üçün inandıqları dərəcədə realdır. Əgər gerçəklik həddən artıq xoşagəlməz və iztirablıdırsa, Balıqlar onu öz fantaziyaları ilə əvəz edə bilərlər və işlər düzələnə qədər öz fantaziyalarına inanarlar. Yalnız Balıqlar belə bir daxilə sığınma və xilas olma imkanına malikdirlər. Bir qədər Balıqlar barədə düşünün: qızıl balıq hər il üzüyuxarı çay boyunca üzərək doğulduğu yerə qayıdır. Onun üçün axına qarşı üzmək asan deyil, ancaq yenə bu işdən əl çəkmir. İnsan — Balıqlar da həmçinin məcbur olsaiar, axına qarşı üzüyuxarı üzə bilərlər.
Rəmzləri: ayrı-ayrı istiqamətlərə üzən iki Baliq, balıqqulağı, dalğa.

Rəngləri: al-qırmızı, bənövşəyi, yosun, göy, gümüşü. Rəngləri: mirvari, ametist, zümrüd, göyyaqut, aydaşı.
Çiçəkləri: nərgiz, krokus, jasmin, bənövşə, yaddaş çiçəyi.
Metalları: sink.
Anatomik emfazası: pəncə, barmaqlar, əsəb sistemi (ürək).
Tilsimləri: düyün, nərgiz.
Xoşbəxt rəqəmləri: 6, 7 (və 7-yə bölünən bütün rəqəmlər), 11;

Uğurlu günləri: bazar ertəsi, cümə axşamı, cümə.
Uğursuz günləri: çərşənbə.
Ölkələri: Kiçik Asiya ölkələri, İtaliya (ölkənin şərqi), Rusiya.
21 fevral — 1 mart tarixdə Saturnun təsiri altında doğulanlar həyatakeçməz arzuları olan şıltaq, qadınları, təkliyi və dəyişikliyi sevən insanlardır. Mühüm illəri: 12, 24, 36, 58, 60, 72.
Yupiterin təsiri altında 2-11 mart arasında doğulanlar böyüklüyü və şöhrəti sevirlər, həssas və vicdanlı olub təntənələrə can atırlar. Mühüm illəri: 25, 36, 52, 60, 72, 75.
12 — 20 mart arasında Marsın təsiri altında doğulanlar ədabaz, iddialı xarakterdədirlər, ünsiyyətcil, hissiyyatlı, iltifatlı, kollektiv əyləncələri sevən insanlardır. Mühüm illəri: 12,15, 24, 30, 36, 45, 48, 60, 72.

Balıqlar bürcü və sevgi

Kişi
O, ehtiraslı, emoşional və qeyri-sabitdir. Onunla hər bir gözlənilməzlik mümkündür. Balıqların rəmzi-əks istiqamətlərə üzən iki balıqdır; elə ona görə də həmişə ziddiyyətli arzulardan əziyyət çəkirlər. Gah bir iş görür, gah da tamam başqa bir işdən yapışırlar.Bütün ətrafdakılara qeyri-adi dərəcədə həssasdır. insanları cəzb etmək istedadına malikdir. Çox vaxt insanları olduğu kimi deyil, görmək istədiyi kimi görür. Onu hissiyyatlı qadınlar cəlb edir, xüsusilə əgər onlar liderliyə can atırlarsa. İnsanı ideallaşdırır, sevdiyində mənfi cəhətlər görmədiyinə görə çox şeylərlə barışır. Xəyalpərvərdir. Xəyalları qeyri-realdır. Məhəbbət təkcə romantika — ay, qızılgül, şer deyil, həm də ev təhlükəsizliyidir.Çox da böyük sədaqətə bel bağlamayın. Bu — onun üslubu deyil. Tez təsir altına düşür. Hər dəqiqə əhval-ruhiyyəsi dəyişən insanla necə yaşamalı? Onun üçün məhəbbət — ulduzlar və intəhasız səmadır; siz bütün bunları onun üçün başı üzərində dama çevirməlisiniz. Onun daimə dəyişən emosiyaları ilə çox ehtiyatlı olun və müntəzəm şəkildə ona təsir göstərin. O, ailəyə bağlı deyil, heç nikah əlaqələrinə də ciddi baxmır.
O, həssas, intellektual və qeyri-adi varlıqdır. Əla yol yoldaşıdır. Birinci dərəcəli miniklə səyahəti sevir. Sabahkı gün haqda düşünmədən asanlıqla pul xərcləyir. Təəssüratlı olduğu üçün özgə adətlərini tez götürür. Əgər içki həvəskarları ilə ünsiyyətdədirsə, evdə spirtli olan hər şeyi qıfıla salın və ya tamam yığışdırın. Yaradıcı şəxsiyyətdir; özünü yazıçı, musiqiçi, rəssam kimi göstərir. Biznesdə çox da uğur qazana bilmir. Ağır əməyə nifrət edir. Praktik yanaşma tərzi təşkilatçılığı və dinamizmi zəifdir. İcraçılığı pis bacarır, daha yaxşısı -yaradıcılıqla məşğul olmasıdır. İdeyalar verməkdə mahirdir. Onu əldə saxlamaq çətindir, sanki yağlanıb. Nəhayət, siz başa düşürsünüz ki, onun böyük əqidəsi və inamı yoxdur. Özünü sizə diqqətlə qulaq asan kimi göstərər, ancaq, əslində ağlı tamam başqa şeylə, daha çox mücərrəd arzularla məşğul ola bilər. Ancaq bunu biruzə verməz. Öz mahiyyətini gizlətməyi xoşlayır; kütlə ilə oyuna cəlb olunur.Prinsipcə onun özünə də inamı yoxdur və quyudan su çəkilən kimi ətraf insanlardan özünə dəstək almaq istəyir.
Qadın
Qadın-Balığı gözəllik və sirr planeti Neptun idarə edir. O.çox məlahətli həssas və yaxşı irituisiyalı qadındır. Bəsirəti onu başqalarının dərdinə ürək yandırmağa sövq edir. İnsanın xaricinə deyil, daxili aləminə reaksiya verir; heç vaxt onu aldatmağa çalışmayın, onsuz da hər şeyi görür. Qeyri-adi həssaslığına görə o, bir qədər okkultizmə meyllidir, əldə fala baxır, spiritik seanslarda uğurla iştirak edir. O həqiqətən kişiləri cəlb edən qəribə bir keyfiyyətə malikdir. Lakin çox asıiı xarakteri var və həyatında əsas rol oynayacaq insana çox bağlıdır. O daha çox xəyal və ümidlərə meyl edir. Konkret hərəkətlər onu maraqlandırmır.
Konflikt və yarışlara getmir, hakimiyyət uğrunda bütün gücü ilə vuruşmur. Ancaq öz məqsədlərinə çatmaq üçün kişiləri şirnikləndirə bilir. O həddən artıq tez vurulur. Bəzən iki kişi arasında qalır. Əlaqələri çox səmimi olur. Adətən o, yumşaq və az seksual olan kişiyə ərə gedir. Onunla özünü daha etibarlı hiss edir. Ancaq tamam başqa bir sevgili barədə düşünür; güclü qəddar, seksual. O, həyatda aktrisadır və hər bir rolu oynaya bilir. Teatr sahəsində yaxşı karyera qazana bilər. Qadın-Balıqları həyatda çox vaxt çılpaq model, striptiz-rəqqasə, bəzilərini isə fahişə kimi görmək olar. Onlar yaxşı həyat yoldaşıdır. Gözəl evdar olub uşaqlarını seviıiər. Xəstələrə qulluq etmək qabiliyyətləri var; bəziləri gözəl həkim və tibb bacısı olurlar. Balıqlar -kədər bürcüdür.
 

Balıqlar bürcünün uyğunluğu

  1. Balıqlar — Qoç: Dinamik Qoç yataq otağında Balıqların bütün potensialını açıb üzə çıxarır. Qoç, əlbəttə, hökmranlıq edir; elə Balıqların da istədiyi budur. Lakin bu cütün nəzakətə ehtiyacı var ki, başqa sahələrdə uğurla qarşılıqlı münasibətdə olsun. Balıqlar tənqidə çox həssasdır, Qoç isə çox vaxt kəskin olur. Əgər onlar aralarındakı mövcud fərqləri aradan qaldırsalar, sürəkli əlaqə yarana bilər.
  2. Balıqlar- Buğa: Onlar demək olar ki, eyni dərəcədə həssasdırlar, lakin olduğca həssas Balıqlara xüsusi diqqət lazımdır; bunu isə kobud materialist — Buğa hər zaman etmir. Daha çox sentimental və emosional olan Balıqlar, onlara həddən artıq gündəlik məişət səviyyəsində yanaşırlarsa təhqir hisslərinə görə əzab çəkərlər. Əgər bu problemləri dəf etmək mümkün olarsa, cütün taleyi uğurlu alınacaq. Hissiyyatlı əlaqə, qənaətbəxş nikah.
  3. Balıqlar — Əkizlər: İki qeyri-sabit bürc seksdə az gözlənilən birləşməyə girirlər. Onların arasında fiziki meyl yarana bilər, ancaq Əkizlər həddən artıq dəyişkəndirlər, Balıqlar isə ifrat dərəcədə həssasdırlar; əlaqə çox davam etməz. Əkizlərin diqqətsizliyi Balıqları incidəcək. Hər ikisi son dərəcə eqosentrik olduğlarından bir birinə güzəştə gedib uyğunlaşmaq cəhdi göstərməzlər. Onlara daha güclü və hökmlü tərəfdaş lazımdır. Qısa, lakin ola bilsin ki, ehtiraslı əlaqə, sakit nikah.
  4. Balıqlar-Xərçəng: Xərçəng tələbkar sevgili ola bilər, ancaq Balıqlar buna etiraz edəcəklər. Onların hər ikisi öz seksuallıqlarını gizlətmir və uzun müddət yataqda qala bilər. Xərçəng öz üzərinə rəhbər rolu götürür və əsas qərarları qəbul edir. Müəyyən dava-dalaşa baxmayaraq, bütöviükdə onlar bir birinin emosional tələbatlarını ödəyirlər. Qarşılıqlı şəkildə hisslərinin qayğısına qalırlar. Əla birgə cüt.
  5. Balıqlar – Şir: Od və su qarışmır Hövsələsiz Şiri Balıqların hətta yataq otağındakı qapalılığı məyus edir. Onlardan heç biri digərıni axıra qədər başa düşmür Sentimental Balıqlar Şiri hirsləndirməyə başlayır və bununla da onu kənarda əylənməyə sövq ediriər. Balıqlar Şırın sərhəddən kənarda gəzib dolaşdığı bir vaxtda kədərlı düşüncələrilə evdə qalır. Əlaqə çətin olacaq, nıkah ısə heç bjr məmnunluq verməyəcək.
  6. Balıqlar — Qız: Yüksak hissiyyatlı Baiıqlar təmkinli Qızdan kifayət qədər məmnun qala bilməyəcəklər. Qız Balıqların ifrat seksuai iddialarını rədd edir, həddən artıq tənqidi və öcəşkən olur. Başqa problemlər də var. Praktik, məntiqli Qız Balıqların ekstravaqant zövqləri və yüksək emosionallıqları ilə barışmayacaq. Qız planlar qurur, halbuki Bahqlar dəqiqələrin təsiri altındadır, sonra isə öz qərarını dəyişir. Çoxiu dava-dalaşa səbəb olan əlaqə, fərəhsiz nikah.
  7. Balıqlar — Tərəzi: Fiziki aspektdən başqa qeyri sahələrdə də çətinliklər yarana bilər. Lakin hətta onlar bu çətinliklərin öhdəsindən gəlsələr də, dəyərli bir şeyin alınacağına ümidlər çox azdır. Tərəzi Balıqlar üçün zəruri olan lideliyi təmin etmirlər. Hər ikisi dəbdəbəni sevir, ancaq onu əfdə etmək üçün heç biri işləmir. Əlaqə məyus edəcək, nikah isə axırda ayrılma ilə başa çatacaq.
  8. Balıqlar — Əqrəb: Oniarı məmnun qoyan dərin fiziki münasibətlərin ittifaqı. Sevgili kimi bir birinə əla yaraşırlar; Əqrəbin gücü Balıqları diqər bütün sahələrdə də müdafiə edjr. Balıqlar Əqrəbdə qəsdən qısqanclıq yaratmayacaqlar və Əqrəbin mülkiyyətçi instinktləri tam təmin ediləcək. Onlar nə qədər tez nikaha girsələr, bir o qədər yaxşıdır.
  9. Balıqlar-Oxatan: Erotik planda onların xoş anları ola bilər, ancaq Oxatan müstəqil və təşəbbüskardır, Balıqlar isə bunu hiss edərək onun üçün daha da yorucu olurlar. Balıqların sevgi anlarında süst davranışı həmişə nə isə bir yenilik axtaran fəal Oxatanda sıxıntı yaradır. Oxatan Balıqların sentimental əzablarına gülüb ələ salmaqdan özünü saxlaya bilmir. Əlaqə başlayan kimi qurtaracaq. Nikah isə fəlakət olardı.
  10. Balıqlar — Oğlaq: Əla birlik. Onların böyük problemləri yarana bilər, ancaq hər ikisi düzgün qərara gəlməyə qadirdir.Güdü, hökmlü Oğlaq bilir ki, Balıqlara nə lazımdır — arzu olunmaq və müdafiə edilmək. Hər ikisini verməyə qadirdir. Balıqlar da öz növbəsində Oğlaqın möhkəm emosional həyatına romantik bir axar gətirir. Öz fərqli cəhətlərilə onlar bir birini tamamlayır; bu isə əla əlaqə və nikahın yaranacağına şübhə yeri qoymur.
  11. Balıqlar- Dolça: Seksual planda onlar bir müddət bir birini cazibədar hesab edəcəklər, çünki hər ikisi sevgiyə yaradıcı yanaşır. Lakin Balıqların individuallığı və subyektivliyi Dolçanın açıq və səmimi əxlaqı ilə düz gəlmir. Müstəqil və qəmiyyətli Dolça Balıqlara dəstək vermək və onlarda inam yaratmaq üçün nahaq yerə öz gücünü sərf etməyəcək. Dolça problemləri məntiqi şəkildə, Balıqlar isə emosionallıqla həll etmək istəyir; və bir müddətdən sonra bu problemlər onların əzib suyunu çıxaracaq.
  12. Balıqlar — Balıqlar: Qarşıiıqlı rəğbət hissi seksual tələbatlar sahəsində gözəl anlaşmanı təmin edir. Əgər onların problemləri geniş fiziki uyğunluq fonunda əriyib getsə, bu Zodiak bürcləri arasında ən yaxşı cütlərdən biri olacaq. Öz rasional iddiaları ilə onlar tədricən bir birini qurudurlar. Güclü və hökmlü tərəfdaşsız oniar müxtəlif istiqamətlərə ayrılıb gedəcəklər. Tam seksual əlaqə. Nikah isə seksual cəhətdən hər şeyə əl atmaqla və hətta pozğunluğu da artırmaqla sona yetəcək.
 

Balıqların Sağlamlığı

Balıqlar adətən öz sağlamlıqlarının qayğısına qalırlar. Qızlar kimi onlar da ehtiyat tədbirləri görür və xəstəlik əlamətləri axtarırlar. Qrip haqqında ilk məiumat gələn kimi bütün tibbi jurnal və kitabları oxumağı xoşlayırlar; bəzən isə lazım olmayan ədəbiyyata da baş vururlar. Çox vaxt yanılırlar. Balıqiar zərifdirlər və qəfil, ciddi gələn hər bir xəstəliyə tutula bilərlər. Balıqlar delikates yeməyi xoşlayırlar. Balıqlar arasında çoxlu vegetarian var. Zəif yerləri; pəncələr, dabanlar, ətraflar, xüsusilə topuqfarda şişlərin yaranması, revmatizm, irinli çibanlar, soyuqdəymələr,. selikli qişada əmələ gələn şişlər. Zodiakın başqa bürclərindən daha çox şizofreniyaya meyllidirlər. Preventiv ölçülər: isti, quru iqlim, nəmişlikdən uzaq olmaq. Fiziki təmrinlər, bədən tərbiyəsi, tez-tez istirahət, mülayim iqlimli dəniz sahilində məzuniyyət, açıq dağ havasında gəzinti məsləhətdir. Ayaqlarını quru və isti saxlamalı, müntəzəm vanna qəbul etməli, burnunu dəniz suyu ilə yumalıdır.

Karyera və Balıqlar bürcü

Balıqların işə münasibəti rasional olmaqdan daha çox intuitivdir. Onlar öz ritmlərində işləyirlər. Balıqlar vəziyyət və şəraitə yaxşı reaksiya verir, öz hökmlərini yeritmir, təzyiq göstərmir və yuxarıdan gələn təzyiqdən də qaçırlar. Mühüm və şəxsi olan işlərinə fədakarcasına özlərini sərf edirlər. Balıqlar qeyri-adi dərəcədə istedadlıdırlar — yazıçı, rəssam, aktyor, musiqiçi və b. sənət adamları kimi fəaliyyət göstərirlər. Onlar üçün: təbabət, pedaqogika, tədqiqat işi, ruhanilik, gəmiqayırma, çəkməçilik, balıqçılıq, birja işi xarakterik sahələrdir. Bir qismi qumarbaz, fırıldaqçı, kələkbaz olur. Bir çoxları qeyri-adi işlərə — yoq, astrologiya, xiromantiya, yenidən dünyaya gəlmə nəzəriyyəsi və s. okkultiv (sirli) elmlərə maraq göstərirlər. Onlardan yaxşı medium çıxır. Balıqların çoxusu başqalarının uğur qazanmadıqları sahələrdə müvəffəqiyyət əldə edirlər və ya əksinə. Pula münasibətləri həyata baxışlarından asılı olur.

Son xəbərlər