Пятница
апр 22

Yuxuda balıq görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də balıqdır. Bəs, yuxuda balıq görmək nə vəd edir?
May.az yuxuda balıq görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:
Yuxuda balıq görmək xeyirə yozulur. Balıqları yuxuda görməyin mənası daha çox bəxtlə əlaqələndirilir.
Yuxuda balıq görmək yuxu sahibinin uzun müddətdən sonra rahatlayacağına, ailəsi və yaxınları ilə gözəl zaman keçirəcəyinə işarə edir.
Əgər yuxuda balıq bişirirsinizsə tezliklə böyük miqdarda pul qazanacaqsınız deməkdir. Gözəl iş sizi gözləyir. Balıq sürüsü görmək isə yüksəlişdən, kariyeradan xəbər verir.
Xəyalınızda gördüyünüz balıq kiçikdirsə, bu kədərə dəlalət edir. İstəmədiyiniz, sizə xoş olmayan vəziyətlərə düşə bilərsiniz.
Bundan əlavə, kiçik balıq həm də gəlirinizin azalacağı kimi də yozulur.
Yuxuda ölü bir balıq görmək arzuladığınız şeylərin hələlik mümkün olmadığını və ya bəzi hərəkətlərinizə görə məyus ola biləcəyinizi göstərir.
Əgər balıqları akvariumda görürsünüzsə, bu iş həyatınızda yeni irəliləyişlərinizin olacağını, fərqli peşə sahibləri ilə tanış olacağınızı və yeni ortaqlar sayəsində ticarət şöhrəti qazanacağınızı göstərir.
Yuxunuzda gördüyünüz akvariumda balıqlarının sayı çoxdursa, taleyinizin artacağı və eyni zamanda şansınızın çox açıq olacağı kimi şərh olunur.

Комментарии (0)

Оставить комментарий