ABŞ-ın 240 milyona yaxın sakini - əhalinin 70 faizindən çoxu şiddətli qar fırtınasının fəsadları ilə üzləşib.
"Report" xarici KİV-ə istinadən
xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji
Xidməti məlumat yayıb.
Ölkənin bəzi şəhərlərində havanın temperaturu mənfi 40 dərəcədən aşağı düşüb. İqlimi adətən mülayim olan Texas ştatının Dallas şəhərində temperatur mənfi 23 dərəcəyə enib.
Şimali Dakota, Cənubi Dakota, Oklahoma və Ayova ştatlarında yollar buz bağlayıb. Kanzasda üç nəfər
avtomobil qəzasının qurbanı olub.
Dekabrın 23-də ABŞ-da 3 500-dən çox reys ləğv edilib. Ölkənin cənubu və şərqində soyuq hava səbəbindən 1 milyondan çox abonent işıqsız qalıb.
Комментариев нет