20
сентября
2016
01:15
Azərbaycanda dəhşətli qətl- "Oğul, niyə işləmirsən?" deyən atasını öldürdü
Astaranın Pəlikeş kəndində 26 yaşlı Cəsarət Tağıyev atası 54 yaşlı Xafitəli Tağıyevi ailə münaqişəsi zəminində qətlə yetirib.
Pəlikeş kənd bələdiyyəsinin sədri Xaqani Xaliqov hadisə ilə bağlı AzVision.az-a bildirib ki, 26 yaşlı C.Tağıyevin işsiz olması ailədə mübahisəyə səbəb olub.
"Tağıyevlərin ailəsi haqda indiyədək pis xəbər eşitməmişik. Bildiyimə görə, evlərində iş üstündə dava olub. Hadisə baş verən gün Xafitəli Tağıyev oğluna əsəbləşərək ondan işləməməsinin səbəbini soruşub.
Ata oğluna "niyə işləmirsən?", "niyə evə pul gətirmirsən?" deyə iradlarını bildirib. Atası oğluna deyirmiş ki, "meşəyə get, odun gətir, inəkləri otar". Oğul atasının sözündən çıxaraq bunların heç birini etməyib. Nəticədə əsəbləşən oğul atasının canına qəsd edib".
Xaqani Xaliqovun dediyinə görə, 26 yaşlı Cəsarət Xafitəlinin ikinci ailəsindən olan oğludur: "Onun birinci yoldaşından 3 uşağı var. Rəhmətlik birinci arvadından olan oğlanlarını Cəsarətə nümunə çəkirmiş ki, onlar işləyirlər, sən hazır yeyib-yatırsan. Bütün hadisələr Cəsarətin işsiz olması səbəbindən baş verib".
----------
10:11
Astarada qətl hadisəsi baş verib.
APA-ya xəbər verir ki, hadisə rayonun Pəlikeş kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Cəsarət Tağıyev ailə münaqişəsi zəminində atası, 54 yaşlı Xafitəli Tağı oğlu Tağıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətmiş C.Tağıyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.