Qeyri-adi körpə doğuldu - Mədə və bağırsaqları çöldədir
Maraqlı ve Meslehetli 591

Qeyri-adi körpə doğuldu - Mədə və bağırsaqları çöldədir

Qeyri-adi körpə doğuldu - Mədə və bağırsaqları çöldədir


Türkiyədə mədəsi və bağırsaqları çöldə olan uşaq doğulub.

Medicina.az xəbər verir ki, Samsun bölgəsində doğulan körpə ailənin ilk uşağıdır. Hələ anası Yeşim hamilə olarkən onun körpəsinə qastroşizit ( bağırsaq və mədənin çöldə olması) dioqnozu qoyulub.

Qadın hamiləliyinin 34-cü həftəsində qeysəriyyə əməliyyatı ilə uşağını dünyaya gətirib. Körpənin qarın divarı olmadığı üçün çöldə olan mədəsi və bağırsaqları isti dəsmal köməkliyi ilə bir müddət qoruma altına alınıb. Onun qarın içi təzyiqi tənzimləndikdən sonra, çöldə olan orqanları uğurlu bir əməliyyat ilə içəriyə qoyulub və qarın divarı tikilib.

Uşağın valideynlərio bütün həkimlərə təşəkkür edərək, qızlarının onların sayəsində həyatda qaldığını vurğulayıb. Həkimlər hazırda körpəni nəzarətdə saxlayır və bildiriblər ki, 2-3 həftəlik müalicədən sonra o evə buraxılacaq. Hər şey yolunda gedərsə körpə ana südü də əmə bilər.

Son xəbərlər