Hər evdə olan məhsullardan güclü SAĞLAMLIQ İKSİRİ
Sağlam ol 614

Hər evdə olan məhsullardan güclü SAĞLAMLIQ İKSİRİ

Hər evdə olan məhsullardan güclü SAĞLAMLIQ İKSİRİ


Bu güclü sağlamlıq iksiri hər evdə olan adi məhsullardan hazırlamaq olar.

MAY.AZ saglamolun.az-a istinadən bildirir ki, bu təbii vasitə immun sistemini gücləndirir, damarları təmizləyir, təzyiqi tənzimləyir, orqanizmdə iltihabları azaldır, orqanizmin tonusunu qaldırır, gümrahlıq verir.

Bu resept tanınmış rusiyalı fitoterapevt, akademik Karp Treskunovun kitabından götürülüb.

Bizə lazım olacaq:

5 limon
1 baş sarımsaq (orta ölçüdə, yerli olmalıdır)
2 x.q. təbii bal
1 ç.q. sarıkök
1 ç.q. zəncəfil (üyüdülmüş)
1 ç.q. darçın
Hazırlanması:

Limonu doğrayın, çəyirdəkləri çıxardın. Sarımsağı təmizləyin. Limonu sarımsaqla birlikdə blenderdən keçirin. Kütləyə sarıkök, zəncəfil, darçın və bal əlavə edin, yaxşı qarışdırın.

Bu iksiri gündə 1 dəfə yeməkdən 30 dəqiqə sonra 1 x.q. olmaqla qəbul edin. Müalicə kursu 14 gün.

Oxşar xəbərlər

Son xəbərlər