Saç tökülməsinin qarşısını alan ÜSUL
Sağlam ol 963

Saç tökülməsinin qarşısını alan ÜSUL

Saç tökülməsinin qarşısını alan ÜSUL


Tez-tez müxtəlif təsirlərə məruz qalan, düzləşdirilən, boyanan saçlar gün keçdikcə dəniz, hovuz və günəş şüalarının da təsiriylə nəmini itirir. Nəticədə qırılmağa, hətta tökülməyə başlayır. Sağlam, parlaq və güclü saçlara yenidən qovuşmanın yolu isə bədənin ehtiyacı olan suyu qarşılayaraq, nəm tarazlığını təşkil etməkdir. Bu baxımdan mütəxəssislər gündə ən az iki litr su içməyi vacib hesab edir.

Kifayət qədər su içməmək saç quruluğuna, qırılmalara və saç tökülməsinə səbəb olur. Su bədəni yalnız nəmləndirmir, eyni zamanda təmizləyir, sağlam, ipək və parlaq saçlara qovuşmağı təmin edir. Həmçinin saç dərisi quruluğunun, kəpəklənməyin və tökülməyin də qarşısını alır. Saç kökdən qidalandığı üçün sağlam saçların sirri balanslı qidalanma və kifayət qədər su içməkdədir. Zülal, omega-3, sink, dəmir və biotin qəbulu da saçların canlanması üçün vacibdir".

Su qida maddələrinin hüceyrələrə daşınması, tullantı maddələrin bədəndən xaric edilməsi kimi bir çox həyati funksiyanı yerinə yetirir. Su bədəndən tənəffüs, tər, sidik və nəcis yolu ilə çıxır. Xüsusilə yay aylarında maye itkisi artımı daha çox yaşanır. Ona görə də qadınların gündə təxminən 2 litr, kişilərin isə 2,5 litr suya ehtiyacı var. Yatmazdan əvvəl içilən su gecə boyu dərinin su ehtiyacını qarşıladığı üçün çox əhəmiyyətlidir. Çay, qəhvə kimi içkilər suyu əvəz etmədiyindən sidiyi artırır və bədənin daha çox maye itirməsinə gətirib çıxarır. Bu vəziyyət də dəri hüceyrələrinə kifayət qədər qida maddəsinin daşınmasına mane olur.

BiG.AZ lent.az-a istinadən saç tökülmənin qarşısını alan reseptlər təqdim edir. Qeyd edək ki, dəmir baxımından zəngin yaşıl tərəvəz və meyvələr saç tökülməsinin qarşısını almaqda təsirlidir. Aşağıdakı spirtsiz meyvə-tərəvəz kokteyli reseptləri saçlardan başlayaraq bütün bədənin sağlamlığını təmin edir.

Yaşıl spirtsiz meyvə-tərəvəz kokteyli üçün

- 1 ovuc ispanaq
- 1 dəstə cəfəri
- 3-4 ədəd xiyar
- 1 yaşıl alma
- 1/2 stəkan su

Hazırlanması: Ərzaqları blendr və ya meyvə çəkəndən keçirdikdən sonra suyla qarışdırın.

Stressə qarşı qırmızı spirtsiz meyvə-tərəvəz kokteyli üçün

- 1 kiçik boy qaynadılmış çuğundur
- 1 kiçik boy banan
- 1 ovuc qara tut
- 1 stəkan su

Hazırlanması: Ərzaqları blendr və ya meyvə çəkəndən keçirdikdən sonra suyla qarışdırın.

Son xəbərlər