Bu meyvə və tərəvəzlər suyu əvəz edə bilər
Sağlam ol 761

Bu meyvə və tərəvəzlər suyu əvəz edə bilər

Bu meyvə və tərəvəzlər suyu əvəz edə bilər


Hər gün təxminən 8 stəkan su içmək lazımdır. Həkimlərin sözlərinə görə, su həyat tərzimizə və sağlamlığımıza çox faydalıdır. Beynəlxalq Tibb İnstitutunun araşdırmasına görə, qadınların 2,2, kişilərin isə 3 litr su içməsi onların daha cavan qalmasına kömək edir. Bəzi meyvə və tərəvəzlər də var ki, onlar suyu əvəz edə bilər.

BiG.AZ milli.az-a istinadən həmin meyvə tərəvəzlərin siyahısını təqdim edir.

Xiyar. Xiyar tərkibində ən çox su olan tərəvəzdir. Həmçinin, tərkibində C, D və B vitaminləri var. Gün ərzində 3-4 xiyar yeyərək, təbii suya olan tələbatınızı ödəyə bilərsiniz.

Pomidor. Pomidor gündəlik istifadə olunan tərəvəzlər siyahısında ön sıradadır. Tərkibi 94 faiz su olduğu üçün suya olan tələbatı rahatlıqla ödəyə bilir. Həmçinin, tərkibində olan C və E vitaminləri orqanizmə çox faydalıdır.

Ananas. Ananas şirin və dadlı olması ilə yanaşı, suya tələbatı ödəmək üçün möhtəşəm bir meyvədir. Həmçinin, xərçəngə qarşı da çox xeyirlidir.

Cəfəri. Cəfərinin faydalarını saymaqla bitməz. Bu faydalarla yanaşı cəfəri həm də suya tələbatı ödəməkdə çox mükəmməl vasitədir.

Çiyələk. Çiyələk suyu əvəzləmək baxımından ən yaxşı qidalardan biridir. Tərkibində təxminən 92 faiz su var. Həmçinin, antioksidanlar, vitaminlər və minerallarla zəngindir. Bundan əlavə immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqavimət göstərir.

Kələm. İstər yaşıl, istərsə də qırmızı kələm insan orqanizminə çox faydalıdır. Yaşıl kələmdə 93 faiz, qırmızı kələmin tərkibində isə 92 faiz su var. Həmçinin, kələm C, D, B vitaminləri, fol turşusu, manqan, maqnezium, fosfor, kalium, dəmir, kalsiumla da zəngindir.

Yemiş. Yemiş vücudunuzda itirilən suyu və immun sisteminizi bərpa etməyə kömək edir. Tərkibində 90 faiz su olduğundan, xüsusilə isti yay aylarında susuzluğunuzu aradan qaldıracaq. Bundan əlavə orqanizminizi A və C vitaminləri ilə təmin edəcək.

Son xəbərlər