12
сентября
2016
00:58
Milli qəhraman Rövşən Əkbərov: "İlham Əliyevin əmrini yerinə yetirməyə hazırıq"
"Azərbaycan ordusu döyüş tapşırığını yerinə yetirməyə tam hazırdır".
Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin 109 saylı Hərbi hissənin komandiri general-leytenant, Milli qəhraman Rövşən Əkbərov deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu işğal altındakı torpaqları azad etməyə hər zaman hazırdı.
"Bizim ordumuz bu gün möhkəmdir. Şəxsi heyətin psixoloji vəziyyəti çox yüksəkdir. Ali Baş Komandan cənab İlham Əliyevin əmrini yerinə yetirməyə hazırıq. Azərbaycan Prezidenti münaqişənin sülh yolu ilə həll olunması üçün çalışır", - deyə Rövşən Əkbərov bildirib.