21
декабря
2019
15:20
Bakıda azyaşlı qızlar əcnəbi futbolçunu qarət etdi
Dekabrın 17-də polisə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.
“Qafqazinfo”nun məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Qeyd edək ki, Mfo Kqasvane “Zirə” futbol klubunun oyunçusudur.