Среда
дек 18

Saatlı rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb

Saatlı rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb


Saatlı rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb.



DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, dekabrın 16-da Saatlı rayonu Qazanbatan kənd sakini Rəhim Hüseynov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 2000 manat olan tütün məmulatlarının, ərzaq məhsullarının, telefon danışıq kartlarının, 200 manat nağd pulun və ov silahının oğurlandığı barədə məlumat verib.



Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şirinbəy kənd sakini, əvvəllər məhkum olunmuş Aynur Mövsümov saxlanılıb. Dindirilmə zamanı A.Mövsümov əməlini etiraf edib,

Faktla bağlı araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий