10
декабря
2019
12:45
Azərbaycanın qonşuluğunda ölümcül virus - 1 nəfər...
Gürcüstanda qış mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxma ilə bağlı ilk hal qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmə olub.
Yeniyetmənin xəstəxanaya yerləşdirildiyi və artıq müalicə olunduğu bildirilib.
Milli Mərkəzdən ölkədə mövsümi qripə yoluxma hallarının illik müqayisədə artdığı qeyd olunub.