09
декабря
2019
15:12
11 aylıq körpə kuçəyə çıxıb soyuqdan öldü
Rusiyanın Volqoqrad vilayətinin Surovikino şəhərində tükürpədici hadisə baş verib: 11 aylıq körpə gecə evdən sürünərək küçəyə çıxıb və soyuqdan donaraq ölüb.
BİG.Z-ın tass-a istinadən verdiyi xəbərə görə, bu barədə bölgənin hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata əsasən, hadisə dekabrın 8-də baş verib. Uşağın cəsədi evin girişindən iki metr aralıda tapılıb.
Ölümün dəqiq səbəbini mütəxəssislər təyin edəcək.
Qeyd olunur ki, körpənin ailəsi çoxuşaqlıdır və qeydiyyata alınmayıb.
Natəvan Baxşiyeva