18
октября
2017
13:35
Sürücülərə xəbərdarlıq edildi
Magistral avtomobil yolunda rənglənmə işləri aparılacaq.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qurum tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.
Belə ki, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.
Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.