30
ноября
2019
16:48
Şamaxıda yolu keçmək istəyən kişini maşın vurdu
Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, avtomobil yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Zərbalıyev Şahin Abdulbağı oğlunu vurub.
O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Həkimlər Ş.Zərbalıyevin vəziyyətinin ağır olduğunu bildirir.
İlkin məlumatlara görə, hadisə Ş.Zərbalıyev avtomobildən enərək yolu keçmək istəyəndə baş verib.
Faktla bağlı araşdırma aparılır.