27
ноября
2019
18:18
2023-cü ilədək smart tipli elektrik sayğaclara tam keçid təmin olunacaq
Azərbaycanda smart tipli elektrik sayğaclara tam keçid 2023-cü ilədək təmin olunacaq.
MAY.AZ Trend-ə istinadən xəbər verir ki, bunu "Azərişıq" ASC-nin "ASAN xidmət"lə iş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli deyib
E.Rüstəmli bildirib ki, hazırda "Azərişıq" tərəfindən yeni qoşulmaların təqribən 90%-i sırf smart sayğaclardır və yeni massivlərdə quraşdırılan sayğacların əksəriyyəti məhz bu tipli sayğaclardır:
"Yol xəritəsinə uyğun olaraq, 2023-cü ilədək ölkənin elektrik təchizatı sistemi "ağıllı şəbəkə"yə keçməlidir ki, burada söhbət kart sisteminə keçiddən deyil smart tipli şəbəkələrdən gedir".