Bakının mərkəzində internet pulsuz olacaq
Xeberler 953

Bakının mərkəzində internet pulsuz olacaq

Bakının mərkəzində internet pulsuz olacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihəyə başlayır.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən May.Az-a verilən məlumata görə, layihəyə əsasən, nazirlik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və "Fəvvarələr meydanı” ərazilərini ictimai "WiFi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq.

İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.

Genişzolaqlı sürətli internet təminatı Bakı sakinləri, yerli və xarici turistlər üçün qlobal şəbəkəyə pulsuz çıxış imkanı yaradacaq.

Son xəbərlər