29
марта
2020
21:36
Azərbaycanda 14 yaşlı qızla evlənən oğlan həyatının ŞOKUNU YAŞADI
Şəmkir rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirli bilinən Asif Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Asif Musayev 1997-ci il təvəllüdlü Şəmkir rayonu, Sabirkənd kəndində anadan olub. Həmin kənddə yaşayan Asif Musayev orta təhsillidir, heç bir yerdə işləməyib.
Evlənmək başına bəla oldu
Asif Musayev yetkinlik yaşına çatmayan qızla ailə həyatı qurduğu üçün təqsirli bilinib. Onun 5 avqust 2018-ci ildə Şəmkir rayonunda yerləşən “Həsən” şadlıq sarayında toy məclisi keçirilib.
Belə ki, Asif Musayev 2006-cı ildə anadan olan Səbinə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə ailə həyatı qurub. Avqustun 5-də onların toy məclisi keçirilib. Asif Musayevin toy məclisi saat 22 radələrində başa çatıb.
Evlilik kürsüsündən müttəhimlər kürsüsünə
Daha sonra Asif Musayev evləndiyi qızla birlikdə yaşadığı Sabirkənd kəndində yerləşən fərdi yaşayış evinə gəlib. O, həmin gün saat 23 radələrində on dörd yaşına çatmayan qızla cinsi əlaqədə olib.
Asif Musayev mütəmadi olaraq həmin vaxtdan oktyabrın 25-dək olan müddət ərzində Samirə ilə təbii yolla cinsi əlaqədə olub. Oktyabrın 25-də isə polis Asif Musayevin yetkinlik yaşına çatmayan qızla ailə qurması, onunla cinsi əlaqədə olmasını öyrənib. Polis tərəfindən Asif Musayev həmin gün həbs edilib.
3 il cəza
İstintaq orqanı tərəfindən Asif Musayevin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Şəmkir rayon Məhkəməsinin hökmü ilə Asif Musayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Asif Musayev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.
Asif Musayevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, Asif Musayevin şikayəti təmin olunmayıb.(publika)