19
августа
2016
00:32
Sabaha olan hava proqnozu açıqlandı
Bakı və Abşeron yarımadasında avqustun 19-da hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 25-45% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərədə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.