16
ноября
2019
15:22
"İnter"in məşqçisini ölümlə hədələdilər - ZƏRFDƏ GÜLLƏ
Milanın "İnter" futbol komandasının baş məşqçisi Antonio Konte içində güllə olan, təhdidlərlə dolu anonim məktub alıb.
MAY.AZ-ın vesti.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Corriere della sera" yazır.
İstintaq aparan hüquq-mühafizə orqanları 50 yaşlı italiyalı mütəxəssisi cangüdənlə təmin edəcəklərinə dair söz veriblər.
Bundan sonra Kontenin evi və "İnter"in təlim bazası polis tərəfindən izləniləcək.
Daha öncə verilən məlumata əsasən, "Yuventus" azarkeşləri Kontenin rəqib tərəfə keçməsinə mənfi reaksiya vermişdi.
Natəvan Baxşiyeva