Naringi soyarkən bunu heç vaxt etməyin!
Maraqlı ve Meslehetli 162

Naringi soyarkən bunu heç vaxt etməyin!

Qış aylarının ən sevimli meyvəsi olan naringi artıq bazarda yerini almağa başlayıb.
Sonxeber.az-ın məlumatına görə, vitamin deposu olan bu meyvənin faydaları saymaqla bitmir, lakin naringini soyarkən edilən bir səhv meyvənin bir çox faydasını məhv edə bilər.
Belə ki, bəzi insanlar naringi dilimlərinin üzərindəki ağ sapları təmizləyir. Amma bu, meyvənin bir çox faydasını yoxa çıxarır.
Türk dietoloq Şebnem Kandıralı Yıldırım naringinin faydalarını bu cür sıralayıb:
"1 stəkan naringi dilimində insan bədəni üçün gündəlik tövsiyə olunan C vitamini miqdarının yarısından çoxu mövcuddur. C vitamini sağlam dəri və toxumaların formalaşması və saxlanılması üçün lazımdır. İmmunitet sistemini gücləndirir və ürək xəstəliyi riskini azaldır, ağciyər, döş, bağırsaq və mədə xərçəngi kimi bəzi xərçəng növlərinin yaranmasının qarşısını alır. C vitamini bədəndə kollagen sintezi üçün çox vacibdir".

Oxşar xəbərlər

Son xəbərlər