Понедельник
ноя 04

Bu həftə hava necə olacaq? - Nazirlik açıqladı

Bu həftə hava necə olacaq? - Nazirlik açıqladı


Bakıda və Abşeron yarımadasında həftə ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən MAY.AZ-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək.

Azərbaycanın rayonlarında həftə ərzində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti arasında dəyişəcək.

Комментарии (0)

Оставить комментарий