Azərbaycanda yeni təyin olunan rektordan qalmaqallı qərar
Xeberler 1 007

Azərbaycanda yeni təyin olunan rektordan qalmaqallı qərar

Azərbaycanda yeni təyin olunan rektordan qalmaqallı qərar


Bakı Slavyan Universitetinə yeni təyin olunan rektor Nurlana Əliyeva artıq ilk göstərişini verib.

May.Az-in məlumatına görə, xanım rektor universitetin fasadındakı mozaikalı rəsmləri sökdürür. Günel İmamova adlı sosial şəbəkə istifadəçisinin paylaşdığı şəkildən aydın olur ki, təmir-tikinti işlərinə start verilib.

Maraqlısı ondadır ki, mozaikalı rəsmlərdə Nəsimi, Nizami və Mirzə Fətəli Axundovun portretləri həkk olunub. Universitet rektorunun belə bir qərar verməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Fasaddan sökülən mozaikanın yerinə nə vurulacağı hələlik bilinmir. Oxucularımız daha təfəkkürlərin rəsmlərinin universitetin başqa bir guşəsində yenidən həkk olunacağına ümid edir.

Son xəbərlər