Kraliça Yelizavetanın otağına hansı kişilər girə bilər?
Həyat tərzi 578

Kraliça Yelizavetanın otağına hansı kişilər girə bilər?

Kraliça Yelizavetanın otağına hansı kişilər girə bilər?


Britaniya kraliçası "sadə" həyat sürür. Ona görədə Bukingem Sarayındakı 775 otaqdan cəmi altısını istifadə edir. Bu otağa kişilərdən yalnız kraliçanın yoldaşı Edinburq Dük və kral ailəsinin digər üzvlərini daxil ola bilər.

MAY.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə II Yelizavetanın dərzisi Anjela Kelli öz memuarlarında yazıb.

Bundan əlavə, Anjela daha öncə kraliçanın şəxsi otaqları haqqında danışan qulluqçularına təəccübləndiyini bildirib. Onun sözlərinə görə, əslində onların bu barədə heç bir məlumtı yoxdur və sadəcə diqqət cəlb etməyə çlışırlar.

Kənar şəxslər yalnız sarayın dövlət otaqlarına, xüsusən də Bal və Taxt zallarına, həmçinin Ağ otağa daxil ola bilərlər. Bu otaqlar yayda, kraliça tətilə gedərkən, 10 həftə ərzində qonaqların üzünə açıqdır. Fotoqraflar qəbul otağına keçə bilər. Digər otaqlara kənar şəxslərin girişi qadağandır.

Son xəbərlər