Воскресенье
июл 24

Meqanın şahzadəyə ərə getməsinin ardında nə gizlənir?

Yazıçı Tom Bauer yeni kitabında şahzadə Harrinin həyat yoldaşı Meqan Markl haqqında yazıb.
Axşam.az xəbər verir ki, yazıçı "Qisas: Meqan, Harri və Vindzorlar arasında müharibə" adlı yeni kitabını təqdim edib. Kitabın müəllifi jurnalistlərə etiraf edib ki, o, məlumatların çoxunu Meqanı sevməyən insanlardan alıb. Buna səbəb yaxınlarına onunla danışmağı qadağan etməsi olub. Bununla belə, Bauer kitaba təsdiqi mümkün olmayan məlumatları daxil etmədiyini vurğulayıb.
Kitabda Meqanla şahzadə Uilyamın hersoginyası Keyt Middlton arasında mübahisə anı təsvir edilib: Meqan Middltonu toydan əvvəl göz yaşlarına boğub. Buna səbəb gəlinlər üçün paltarlar üzərində yaranan fikir ayrılığı olub. Meqan şahzadə Şarlottanın da libasına qarışmaq istəyib.
(Fotoda: hersoginya Keyt Middlton və qızı şahzadə Şarlotta Harri ilə Meqanın toyunda)
Kitabda qeyd olunub ki, Harrinin dostları da onun həyat yoldaşı seçimini bəyənməyiblər. Ziyafətlərin birində Meqan xoşuna gəlməyən zarafatlara cavab olaraq Harrinin dostlarına sərt ifadələr ünvanlayıb. Bundan sonra onlar Meqanın heç bir yumor duyğusu olmadığı qənaətinə gəliblər. Onlar Harrinin dünyasının heç vaxt Meqanın dünyası olmayacağını hiss ediblər.
2017-ci ildə Meqanın Harrini dostu Tom İnskipin toy məclisində iştirakı belə yadda qalıb. Qonaqların sözlərinə görə, Meqan şahzadə kimi davranıb, yeməkdən narazı qalıb və Harrinin dostları ilə ünsiyyət qurmaq istəməyib. Hətta şahzadənin bir çox dostu Meqanın onu çox dəyişdirdiyini söyləyib.
Bauer kitabında Meqanın məşhur olmaq üçün şahzadə ilə evləndiyini qeyd edib: o, kral ailəsinin Hollivud kimi olacağını düşünürdü. Ancaq belə bir həyatın həm də çox iş və az mükafat demək olduğu ortaya çıxandan sonra, Meqanın bundan xoşu gəlməyib.
Yazıçı vurğulayıb ki, Meqanın Harri ilə münasibətdən əvvəl şöhrəti şişirdilir və onun rol aldığı ekran işləri uğursuz olub:
"Onun məşhur aktrisa olduğunu söyləmək düzgün deyil. O, üçüncü dərəcəli aktrisa idi, çünki "Fors Major" serialına cəmi bir milyon insan baxıb".
Bütün bunların fonunda yazçı Meqanın heyranı olduğunu etiraf edib.

Комментарии (0)

Оставить комментарий