06
января
2020
22:46
Yüksək vəzifəli azərbaycanlı ər-arvad öldü - 4 nəfər...
Ötən gün İranın Ərdəbil əyalətində baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən 4 nəfərdən digər ikisinin də kimliyi məlum olub.
Bunlar Neftçala şəhər sakinləri-1955-ci il təvəllüdlü Bəybala Soltan oğlu Qasımov və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Qasımova Nəzakət Zeynal qızıdır.
Məlumata görə, Bəybala Qasımov hadisəyə qədər Neftçala şəhəri üzrə İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsini müvəqqəti icra edib, Nəzakət Qasımova isə Neftçala şəhər 2 saylı körpələr evi-uşaq bağçasının direktoru olub.
Qasımovun və həyat yoldaşının nəşinin sabah İran İslam Respublikasından gətirələrək yaşadıqları Neftçala şəhərində torpağa tapşırılacağı gözlənilir. / Virtualaz.org