Четверг
окт 24

Pişik narkotik keçirərkən saxlanıldı

Pişik narkotik keçirərkən saxlanıldı


Tatarstanın 10 nömrəli islahedici koloniyasında maraqlı hadisə baş verib.

MAY.AZ-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, boğazına həşişlə dolu xalta bağlanmış pişik əraziyə daxil olmaq istəyərkən həbsxana əməkdaşları tərəfindən saxlanılıb. Xaltadan götürülmüş maddə ekspertizaya göndərilib.

Qeyd edək ki, həmin müəssisədə 2010-cu ildə analoji hadisə baş verib. Məhbuslardan biri saxladığı pişiyi azadlığa çıxan zeka verib. Heyvan bir neçə gün ac saxlanıldıqdan sonra boğazına heroinlə doldurulmuş xaltayla buraxılıb. Ac pişik öz yiyəsinin yanına koloniyaya gedərkən administrasiya nümayəndələri tərəfindən saxlanılıb.

Natəvan Baxşiyeva

Комментарии (0)

Оставить комментарий