24
октября
2019
17:33
Azərbaycanda toy zamanı DƏHŞƏTLİ HADİSƏ – Ölən və yaralanan var
Zaqatala rayonunda qətl törədilib.
Hadisə rayonun Danaçı kəndində baş verib.
Belə ki, oktyabrın 23-də kənddə yerləşən şadlıq evində Aydın adlı şəxsin qızının toy mərasimi keçirilib. Toyda musiqi seçimi üstündə məclis iştirakçısı olan 1963-cü il təvəllüdlü Zutov Abakar Salam oğlu ilə 1990-cı il təvəllüdlü Ayalov Abdul Rəcəb oğlıu arasında mübahisə yaranıb. Özünü dərhal hadisə yerinə çatdıran A.Zutovun 1991-ci il təvəllüdlü oğlu Həmzət Zutov atası ilə mübahisə edən şəxsə yumrula vurub. Bunu görən məclis iştirakçıları tərəfləri ayırmağöa çalışıblar və ata-oğulu evlərinə yola salıblar. Toy başa çatan kimi Abdul Ayalov xalasının əri ilə məclis sahibi olan Aydının evinə gəlib və orada çay içərkən ata-oğul Zutovlar həmin həyətə gəlib.
A.Ayalov xalasının əri və əmisi ilə birlikdə çay masasının kənarında olarkən həyətə gələn şəxslərlə yenidən münaqişə baş verib. Bu zaman masanın üzərində olan bıçağı götürən A.Ayalov onu təhqir edən şəxslərə hücum edib. O, ata və oğula çoxsaylı bıçaq zərbələri endirib. Xəstəxanaya çatdırılan Abakar Zutov artıq keçinib. Oğlu Həmzətin vəziyyətinin isə orta-ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
publika.az