24
октября
2019
13:42
Tarkan Yeni ildə iki milyon qazanacaq
Tanınmış türkiyəli müğənni Tarkan Yeni ili Şimali Kiprdə qarşılayacaq. Tarkan bu dəfə rekord qiymətə səhnəyə çıxacaq.
Şimali Kiprdəki bahalı hoteldə səhnəyə çıxacaq Tarkan iki milyon TL ( 590 min manat ) qazanacaq. Meqastar iki saatlıq konsert üçün bu məbləğə razılıq verib.
Qeyd edək ki, Tarkan Avropa konsertlərindən səkkiz milyon TL qazanmışdı.