02
января
2020
13:32
Son 10 ilin ən bahalı toyları
Son on ilin ən bahalı toyları açıqlanıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Sun" yazıb.
Reytinqin ilk sırasında şahzadə Harri və Meqan Marklın şadlığı qərarlaşıb. Mərasimə 35 milyon funt sterlinq xərclənib. İkinci yeri şahzadə Uilyam və Keyt Midltonun toyu tutub. Bu, onlara 26 milyon funt sterlinqə başa gəlib. Siyahının üçüncüsü "Formula-1" prezidenti Berni Ekklstounun qızı Petranın biznesmen Ceyms Stentinlə nikah mərasimi olub. Cütlük buna 9 milyon funt sterlinq xərcləyib.
Reytinqdə, həmçinin müğənni Castin Timberleyklə aktrisa Cessika Bilin, aktyor Corc Kluni ilə hüquqşünas Amal Alamuddinin, aktrisa Priyanka Çopra ilə müğənni Nika Conasın, model Kim Kardaşyanla reper Kanye Uestin, müğənni Elton Conla rejissor Devid Fernişin toyları yer alıb.