24
октября
2019
13:40
Azərbaycanda dəhşətli intihar - Özünü Kür çayına atdı
Bu gün Sabirabad rayonunun Cavad kəndi ərazisində özünü Kür çayına ataraq intihar edən şəxsin meyiti tapılıb.
BiG.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü Hümbətov Qaraxan Abdulxan oğlunun axtarışları başa çatıb. Q.Hümbətovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
*****
Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayonun Yolçubəyli kənd sakini 60 yaşlı Qaraxan Hümbətov özünü Kür çayına atıb.
Belə ki, bu gün səhər saatlarında Q.Hümbətov Kür çayı üzərindəki Sabirabad şəhəri ilə Cavad kəndini birləşdirən körpüdən özünü çaya atıb.
Onun eyitinin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində iş aparılır.