11
октября
2019
17:54
Azərbaycanlı siyasətçi qadınları təhqir etdi: "Yataqdan yüz kişiyə..."
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qadınları təhqir edib.
BiG.AZ xəbər verir ki, Sərdar Cəlaloğlu bildirib ki, son dövrlər qadınlar yataq otağında oturub, lüt 10-100 kişiyə özünün reportajını göstərir: "Qadının ana, nənə, bacı, həyat yoldaşı kimi 4 funksiyası var. İslam dini qadının boşanmasını zina hesab edir. Qadın biləndəki boşanan kimi ərə gedəcək o, gün də bir ər dəyişəcək. Ona görə də İsa Peyğəmbər bildirib ki, boşanmış qadını almaq özü zinadır".
Qeyd edək ki, siyasətçinin bu sözləri sosial şəbəkələrdə böyük rezonans doğurub. Onun qadınları təhqir etməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Aysel Yusifqızı