26
июля
2016
03:33
Türkiyədən XƏBƏR VAR: Konstitusiya dəyişdirilir
Türkiyə Cümhuriyyətinin Konstitusiyası və İstanbuldakı Boğaziçi körpüsünün adı dəyişdirilir.
May.Az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Nazirlər Kabinetinin 3 saatdan çox davam edən iclasından sonra verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə görüşündə də bu məsələ müzakirə olunub.
Nazirlər Kabinetinin qərarı ilə də Boğaziçi körpüsünün adı 15 iyul şəhidlər körpüsü adlandırılacaq. Eyni zamanda İstanbulda və Ankarada şəhidlərin xatirəsinə bir abidənin ucaldılması qərara alınıb.
Bundan başqa Konstitusiya dəyişikliyi də gözdən keçirilib və ortaq fikir əldə olunub. Nazirin dediyinə görə, Konstitusiya dəyişikliyinə əsasən bəzi idarələrin, o cümlədən Jandarmanın və Sahil Təhlükəsilix Xidmətinin Daxili İşlər Nazirliyinin tabeçiliyinə keçəcəyi nəzərdə tutulur.