02
октября
2019
20:16
Finişə birinci çatan idmançını ildırım vurub ÖLDÜRDÜ - Yarışda bədbəxt hadisə
ABŞ-ın Kanzas ştatında marafon yarışı zamanı faciə yaşanıb.
BiG.AZ redaktor.az-a istinadən xəbər verir ki, ştatın Elk-Siti şəhərində keçirilən qaçış üzrə marafon yarışı zamanı 33 yaşlı Tomas Stenlini ildırım vuraraq öldürüb.
Məlumata görə, Stenli 50 kilometrlik yarışın finişinə birinci çatan zaman ildırım idmançının üzərinə düşüb. 3 uşaq atası olan gənc idmançı xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.
Dünyasını dəyişən Stenlinin qələbə medalını həyat yoldaşı alıb.