Понедельник
июл 25

Bakıdan Batumiyə birbaşa avtobus reysi açılır

Bakıdan Batumiyə birbaşa avtobus reysi açılır


Bakıdan Gürcütanın Batumi şəhərinə birbaşa avtobus reysi açılır.

Bu barədə May.Az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, həftənin 1,3 və 5-ci günləri yola düşəcək avtobusa biletlərin qiyməti 35 manat olacaq. Avtobus Bakı vaxtı ilə saat 18:00-da yola düşəcək. Mənzil başına isə ertəsi gün səhər saat 9-da çatacağı nəzərdə tutulur. İlk avtobusun nə vaxt yola düşəcəyi isə hələlik bəlli deyil.

"Sənədləri gözləyirik, yaxın günlərdə fəaliyyətə başlayacaq”, - Məhəmməd Abdullayev əlavə edib.

Комментарии (0)

Оставить комментарий