24
июля
2016
02:36
Əfqanıstanda 24 iyul terror aktı ilə əlaqədar matəm günü elan olunub
Əfqanıstanda terror aktı ilə əlaqədar 24 iyul matəm günü elan olunub
Əfqanıstan prezidenti Əşrəf Qəni bu gün Kabildə törədilən terror aktı ilə əlaqədar olaraq 24 iyul tarixini matəm günü elan edib.
May.Az "Report"-a istinadan xəbər verir ki, bu barədə "Tolo news" telekanalı məlumat yayıb.
"Mən vətəndaşlarımızın qanını axıdanlardan qisas alacağam. Mən bu faciəvi günü milli matəm günü elan edirəm", - deyə Qəni bildirib.
O qeyd edib ki, insidentin araşdırılması ilə xüsusi komissiya və Əfqanıstan Baş Prokurorluğu məşğul olur.
DİN-in son məlumatına görə, Kabildə nümayiş zamanı törədilən terror aktı nəticəsində 80 nəfər ölüb, 231 nəfər yaralanıb.