3 yaşlı qız konfet bilib "ekstazi" uddu - Vəziyyəti kritikdir
Hadisə 671

3 yaşlı qız konfet bilib "ekstazi" uddu - Vəziyyəti kritikdir

3 yaşlı qız konfet bilib "ekstazi" uddu - Vəziyyəti kritikdir


Ekstazi həbi udan azyaşlının sağlamlığı təhlükə altındadır.

Bilmədən ekstazi (ecstasy) həbi udan 3 yaşlı qız xəstəxanada ölümlə mübarizə aparır.

Anası və digər iki yaxın qohumu ilə birlikdə İbiza adasında dincələn azyaşlı oyun meydançasında masanın üzərində gördüyü ekstazi həbini şirniyyat bilərək udub.

Halı pisləşən uşaq dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağır olaraq qalmaqdadır.

Olay Santa Eulaliada baş verib. Əslən rusiyalı olan uşaq iki xəstəxana dəyişsə də həyatı təhlükə altındadır. Onun yaşı 18-dən az olduğuna görə adı mətbuata açıqlanmır.

Ehtimal olunur ki, dərman narkotik maddə satıcılarının əlindən düşüb və ya qəsdən qoyulub.

Qeyd edək ki, ekstazi adlanan narkotik maddə insan sağlamlığı üçün olduqca təhlükəlidir və asılılıq yaradır. Həb insanda normal olaraq yaranan serotoninin (xoşbəxtlik hormonu) normadan çox ifrazını təşkil edir.

milli.az

Son xəbərlər