20
июля
2019
14:33
Türkiyə ordusu daha 3 terrorçunu məhv etdi
Türkiyə ordusu İraqın şimalında PKK-ya qarşı davam etdirilən “Pəncə” əməliyyatı çərçivəsində Metina bölgəsində daha 3 terrorçunu zərərsizləşdirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter mikrobloqunda məlumat verilib.
Qeyd olunur ki, terror təşkilatına məxsus külli miqdarda silahın saxlanıldığı, siyası sığınacaq olaraq istifadə edilən hədəflər vurulub.
Xatırladaq ki, “Pəncə” hərəkatı bu il mayın 27-də bölücü terror təşkilatı PKK-ya qarşı başladılıb.
Milli müdafiə naziri Hulusi Akar “Pəncə” hərəkatının məqsədinin Türkiyəyə İraqın şimalından gələ biləcək terror təhdidinin tamamilə ortadan qaldırılması olduğunu açıqlamışdı.