19
июля
2019
12:49
Cadu etmək bəhanəsi ilə görüşdüyü qadından 5 min aldı
Təminat məqsədi ilə 500 min lirəlik sənədə də imza atıb
Türkiyənin Adana şəhərində "cadu etmək" bəhanəsi ilə görüşdüyü qadından 5 min lirə alan, sonra isə "müştərisi"nin pulu olmadığı üçün ona 500 min lirəlik sənədə imza atdıran şübhəli həbsxanaya göndərilib.
Bir qadın polisə gedərək sosial mediada özünü "falçı" və "cadugər" kimi tanıdan 44 yaşlı M.Y. tərəfindən aldadıldığını bildirib.
Qadın ərinin ona daha çox bağlanması üçün M.Y. ilə görüşüb və ona ilkin 5 min lirə verib. Bir müddətdən sonra isə münasibətlərində dəyişiklik olmadığına görə o, "cadugər"lə ikinci dəfə görüşüb. Bu görüşdə yanında pul olmadığı üçün təminat məqsədi ilə 500 min lirəlik sənədə imza atıb.
Polis şübhəlini tutmaq üçün araşdırma başladıb və onu Seyhan ərazisindəki ünvanda taparaq ələ keçirib.
AzNews.az