19
июля
2019
12:48
Kranın üzərinə çıxıb özünü atmaq istədi - BAKIDA
Bakıda bir nəfər hündürlüyə çıxaraq, intihar edəcəyini bildirib.
BiG.AZ -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin qülləli kranın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.