19
июля
2019
12:47
Bakıda CİNAYƏT: 5 il əvvəl itkin düşən qadın öldürülüb?
Bakıda 5 il əvvəl itkin kimi siyahıya düşən qadınla bağlı cinayət işi başlanılıb.
bİG.AZ xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 2014-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yoxa çıxan 1979-cu il təvəllüdlü Yaqubova Elnarə Arif qızının tapılması üçün axtarışlar nəticə verməyib.
Təhqiqat materiallarını yenidən incələyən istintaq orqanında qadının öldürülməsi ilə bağlı əsaslı şübhələr yaranıb. Bu səbəbdən Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Sabunçu rayon prokurorluğuna tapşırılıb.
Maraqlıdır ki, cinayət işi açılsa da, həmin şəxsin ölü və ya diri olduğu barədə heç bir dəqiq məlumat yoxdur.